Rusiyanın Gümrüdəki hərbi bazasında yalnız müqavilə əsasında xidmət keçən hərbçilər olacaq

Rusiyanın Gümrüdəki hərbi bazasında yalnız müqavilə əsasında xidmət keçən hərbçilər olacaq
14:13 20 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının şəxsi heyəti gələn ilin yazından yalnız müqavilə əsasında xidmət keçən hərbçilərdən komplektləşdiriləcək. Trend xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Silahlı Qüvvələri Baş qərargahından deyiblər.

Məlumatda deyilir: "Çağırış üzrə xidmət keçən son hərbi qulluqçular 102-ci hərbi bazanı 2016-cı ilin yazında tərk edəcəklər”.

Baş qərargahın nümayəndəsi qeyd edib ki, bu qərar hələ ötən il qəbul edilib və yanvarın əvvəlində altı nəfərin öldürüldüyü Gümrüdə baş vermiş faciəli hadisə ilə bağlı deyil. Həmin cinayəti törətməkdə Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov təqsirləndirilir.

Agentliyin müsahibi xatırladıb ki, 2014-cü ilin dekabrından Tacikistandakı bazanın şəxsi heyəti müqavilə əsasında xidmət keçən hərbçilərdən komplektləşdirilir.

Onun sözlərinə görə, eləcə də hərbi dairələrin toplanış məntəqələrində Rusiyanın xarici hərbi bazalarında xidmət keçmək üçün göndəriləcək hərbi qulluqçuların mənəvi-psixoloji keyfiyyətləri diqqətlə yoxlanılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR