Böyük Britaniyada zeytun yağının qiyməti son beş ildə iki dəfədən çox artaraq ən çox bahalaşan istehlak məhsulu olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Financial Times” AJ Bell investisiya platformasının araşdırmasına istinadən məlumat yayıb. Araşdırmaya görə, 2021-ci ilin iyulundan bu yana zeytun yağının qiyməti 108% yüksəlib. Bahalaşmanın əsas səbəbləri məhsuldarlığın aşağı düşməsi və enerji qiymətlərinin artmasıdır. Eyni dövrdə ipoteka faizləri isə 152% yüksəlib. Son beş ildə Böyük Britaniyada ümumi inflyasiya 27,5% təşkil edib. Hazırda inflyasiya 2,9% səviyyəsindədir ki, bu da İngiltərə Bankının 2%-lik hədəfindən yüksəkdir.Digər ərzaqlar arasında ət subməhsulları 76%, mal və dana əti 61%, yumurta 58%, şokolad isə 54% bahalaşıb. Makaron, süd, pendir, fastfud və çörəyin qiymətində 30–49% artım qeydə alınıb.