UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” Niderlandda “Tvente”yə qalib gəlib.

Metbuat.az xəbər verir ki, Ensxededəki “Qrols Veste” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 52-ci dəqiqədə Kadi Borges tərəfindən vurulub.

Bu nəticə ilə “Qarabağ” cavab oyunu öncəsi üstünlük əldə edib. Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.

23.08

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” – “Qarabağ” qarşılaşmasının ikinci hissəsi başlayıb.

Metbuat.az xəbər verir ki, Enshededəki “Tvente” stadionunda keçirilən görüşdə hələlik hesab açılmayıb. Komandalar ilk hissədə qapılara yol tapa bilməyib və fasiləyə 0:0 hesabı ilə yollanıblar.

Qarşılaşmanın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

22.26

UEFA Konfrans Liqasında Niderlandda "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Görüşü albaniyalı baş hakim Yucin Caya idarə edir.

Komandalar arasında cavab oyunu isə avqustun 27-də Bakıda təşkil olunacaq

21.17

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda üz-üzə gələcək "Tvente" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Metbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:"Tvente": Unnerştall, Van Roy, Nistad, Pröpper (k), Adelqard, Zeruki, Vaydman, Daan Rots, Veqhorst, Öryaseter.

Baş məşqçi: Con van den Brom. "Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı. Baş məşqçi: Qurban Qurbanov.