İsmayıllı rayonunda bacı-qardaş göldə batıb, onlardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam etdirilir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə uşaqların ehtiyatsızlığı nəticəsində baş verib. Bildirilir ki, göldən təsərrüfat məqsədləri üçün istifadə olunur.