Xəbər verdiyimiz kimi, "TikTok" üçün video çəkmək istədiyi bildirilən yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Metbuat.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə Ağstafa rayonunda baş verib.

Məlumata görə, dəmiryolu ərazisində vaqonların üzərinə çıxıb video çəkmək istəyərkən onu elektrik cərəyanı vurub.

Yeniyetmə yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilib.

Xəsarətlər alan 15 yaşlı Ömər Nəsibov görülən tədbirlər nəticəsində yanıq şokundan çıxarılıb və Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Vəziyyəti orta ağır olaraq dəyərləndirilib. Faktla bağlı araşdırma aparılır.