“Arsenal” klubunun baş məşqçisi Mikel Artetanın “Atletiko Madrid”in hücumçusu Julian Alvarezlə əlaqə saxlamağa çalışdığı iddia olunur.
Metbuat.az xəbər verir ki, Arteta argentinalı futbolçuya zəng etsə də, Alvarez telefonunu açmayıb. İddialara görə, 26 yaşlı hücumçu Premyer Liqaya qayıtmaq istəmir. Bildirilir ki, “Atletiko Madrid” narazı futbolçu ilə yola davam etmək istəmir və transferlər üçün maliyyə vəsaitinə ehtiyac duyur.
Qeyd edək ki, “Barselona”nın Julian Alvarezi transfer etmək istədiyi, futbolçunun da, bu transferə razı olduğu irəli sürülür.