Aktrisa Oksana Rəsulova psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılıq göstərdiyi iddia edilən görüntülər paylaşıb.

Metbuat.az xəbər verir ki, artıq məsələni Daxili İşlər Nazirliyi nəzarətə götürüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.