Şimali Kiprin Girnə sahillərində Filo Denizciliyə məxsus sərnişin gəmisi hələlik məlum olmayan səbəbdən çevrilib.

Metbuat.az Sözcü-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı gəmidə 279 nəfər olub.

Hadisədən sonra Sahil Mühafizəsinin axtarış-xilasetmə qrupları bölgəyə cəlb edilib. Ərazidə xilasetmə əməliyyatı aparılır.

Gəminin hansı səbəbdən su aldığı və çevrildiyi, həmçinin sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.