Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 172 nəfər xilas edilib.
Metbuat.az-ın "Ntv Türkiyə"yə istinadən xəbərinə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.