Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ABŞ-də həbsdə olduğu müddətdə nəvələrinə fotoşəkillər göndərib.

Metbuat.az xəbər verir ki, fotolarda onun əvvəlki görüntüləri ilə arıqladığı diqqət çəkir.

Maduronun "Telegram" kanalında yayımlanan paylaşımda fotoların nəvələrinə, övladlarına və onu sevən insanlara “sevgi və ümid hədiyyəsi” olaraq göndərildiyi bildirilib.

Paylaşımda Maduronun ailəsinə müraciət edərək möhkəm olduqlarını və qəlblərinin onların sevgisi ilə dolu olduğunu vurğuladığı qeyd olunub. Fotolarda Maduro boz rəngli idman geyimində və gülümsəyən halda görünür.