Meksika mətbuatı 20 Yanvar faciəsindən yazdı

Meksika mətbuatı 20 Yanvar faciəsindən yazdı
15:22 20 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan icması Azərbaycanın Meksikadakı səfirliyi ilə birgə Azərbaycanın Sovet İttifaqından müstəqilliyini əldə etməyinə səbəb olan tarixi hadisələrin ildönümü xatirəsini yada salır.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Meksikanın “Excelsior” qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub.

Məqalədə deyilir ki, 1990-cı ilin “Qanlı Yanvarı” kimi tanınan hadisələr respublika üzərində Sovet nəzarətinə son qoyan bir qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.
 
Qeyd olunur ki, Sovet hərbi qüvvələri, insanların əksəriyyətinin Sovet İttifaqından müstəqilliyini qazanmaq hisslərini boğmaq məqsədi ilə 19-20 yanvar 1990-cı ildə Azərbaycanın paytaxtına girdi. “Udar” əməliyyatının məqsədi Azərbaycan xalqının azadlıq hərəkatının möhkəmlənməsini dayandırmaq idi. İslami fanatizmin gücünün qarşısını almaq olduğu iddia edilərək haqq qazandırılmağa çalışılan işğal zamanı silahsız mülki insanlara qarşı amansızcasına və misli görülməmiş qəddarlıqla, habelə uşaqlara, qadınlara, yaşlılara, etnik və dini ayrı-seçkilik edilmədən, o gün xristianlara, müsəlmanlara və yəhudilərə, bütün Azərbaycan xalqına hücum edildi və Sovet hücumunun nəticəsində insanlar həyatlarını itirdilər.
 
Bildirilir ki, silahlanmış qüvvələr Bakı şəhərinə daxil oldu və günahsız mülki əhaliyə atəş açıldı, 133 insan öldürüldü və 700-dən artıq insan isə yaralandı. Qərb mətbuatının Bakıya uçub hadisələri işıqlandırması qadağan edildi. Bununla belə, eyni ilin 22 yanvar tarixində "Washington Post" qəzetində bir şahid deyirdi: “İşğalın erkən saatlarında Sovet əsgərləri hərəkət edən hər şeyə atəş açırdılar”. Human Rights Watch tərəfindən hazırlanmış hesabatda deyilirdi: “Ən qorxunc insan hüquqları pozuntusu hadisələri ... tibbi personala, ambulanslara, hətta xəstəxanalara hücum edildi”.
 
Məqalədə deyilir ki, Azərbaycan 18 oktyabr 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdi və torpaqlarının 20%-i qonşu ölkə Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, öz müstəqilliyini saxladı. Azərbaycan xalqı vətənləri uğrunda mübarizədə həyatlarından keçmiş vətəndaşlara hər il və xüsusilə 2015-ci ildə öz ehtiramlarını nümayiş etdirirlər. Onun qurbanları heç zaman unudulmayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR