Gəncə İdman Sarayında keçiriləcək “Regional Expo Gəncə 2026” – Sahibkarların Təqdimat Sərgisi Qərb regionunun dövlət və özəl müəssisələrini, sahibkarlarını və şirkətlərini vahid biznes platformasında bir araya gətirəcək.

Metbuat.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə TECHERA, “Gəncə İş Adamları” İctimai Birliyi və GBARU-nun təşkilatçılığı ilə keçiriləcək tədbirin rəsmi tərəfdaşı Azərbaycan Dövlət Aqrar Universitetidir.

İki gün davam edəcək sərgidə 100-dən çox müəssisənin iştirakı və 10 mindən artıq ziyarətçinin qatılması gözlənilir. Tədbir çərçivəsində məhsul və xidmətlərin təqdimatı ilə yanaşı, B2B, B2G və B2U görüşlərinin keçirilməsi, yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının müzakirəsi və əməkdaşlıqların yaradılması nəzərdə tutulur.

Sərgi sahibkarlara məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etmək, yeni müştəri və tərəfdaşlar qazanmaq, investorlar və dövlət qurumları ilə birbaşa əlaqələr qurmaq imkanı verəcək.

“Regional Expo Gəncə 2026” çərçivəsində iştirakçılar yeni bazarlara çıxış və ixrac imkanlarını araşdırmaqla yanaşı, bizneslərini inkişaf etdirmək üçün potensial əməkdaşlıqlar formalaşdıra biləcəklər.

Tədbirin əsas məqsədlərindən biri Bakı ilə regionlar arasında biznes əlaqələrini gücləndirmək və Qərb regionunun iqtisadi potensialını daha geniş auditoriyaya tanıtmaqdır.

“Regional Expo Gəncə 2026” keçiriləcək



• REGİONAL EXPO GƏNCƏ 2026 tədbirində stendinizi indidən rezerv edin.
Tarix: 20–21 noyabr 2026
Məkan: Gəncə İdman Sarayı
Stendlə iştirak: +994 10 437 55 65
Sponsorluq imkanları: +994 70 740 88 40

E-poçt: info@techera.az