Şimali Koreya artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının iştirakı ilə real döyüş sursatlarından istifadə edilən hərbi təlim keçirib.

Metbuat.az xəbər verir ki, təlim zamanı inteqrasiya olunmuş silah idarəetmə sisteminin fəaliyyəti sınaqdan keçirilib. Təlimi izləyən marşal Pak Conq Çon istifadə olunan silah sistemlərinin böyük dağıdıcı güc nümayiş etdirdiyini bildirib. Bildirilir ki, təlim müxtəlif silahların eyni vaxtda tətbiqi ilə düşmənin silahlı qüvvələrini zərərsizləşdirmək imkanlarının artırılmasına yönəlib.

Qeyd edək ki, Şimali Koreyanın bu təlimi ABŞ, Cənubi Koreya və Yaponiyanın “Freedom Edge” hərbi təlimlərini başa çatdırmasından bir gün sonra keçirilib.