TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.

Metbuat.az Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

TƏBİB sədrinin daha bir əmrinə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumata görə, o, 1 saylı şəhər xəstəxanasının uşaq poliklinikasına şöbə müdiri təyin edilib.