Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə bir daha dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi noyabrın 4-dən oktyabrın 29-na dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gün təşkil olunması nəzərdə tutulub.