"Formula 1" Azərbaycan Qran-Prisinin sessiyası yaşıl bayraqla bərpa edildikdən sonra “Haas” pilotu Oliver Berman texniki problemlə üzləşib.
Metbuat.az xəbər verir ki, Berman qarajdan çıxaraq trasa yollansa da, qısa müddət sonra bolidinin mühərriki fəaliyyətini dayandırıb. Pilot avtomobili trasın xidmət yolunda saxlamaq məcburiyyətində qalıb. Məlumata görə, mühərrik dayanarkən turbonun da fəaliyyətini dayandırdığı eşidilib.
Sessiya bərpa olunduqdan sonra Kimi Antonelli də ilk dəfə trasa çıxıb. “Cadillac”, “Alpine” və “Haas” pilotları yaşıl bayraqdan dərhal sonra fəal şəkildə yürüşə başlayıblar.