Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.