Cəlilabad rayonu, Hamarqışlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.
Metbuat.az.xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin tərəfindən yanğın qısa müddətdə söndürülüb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib.