Bu ilin sentyabr ayı ərzində Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 706 nəfər olub.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, onların 116 104 nəfəri yaşa, 12 510 nəfəri əlilliyə, 23 092 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.