Göyçayda yağan güclü yağış fəsadsız ötüşməyib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından başlayan aramsız yağış rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində olan irigövdəli şam ağacını yola aşırıb.
Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti dayandırılıb. Piyadaların hərəkət etmələrində isə bir sıra çətinliklər yaranıb.
Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.