Mauro İkardi yenidən “Qalatasaray”ın formasını geyinə bilər.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, argentinalı hücumçunun ikinci yarıda komandanın heyətində yer alması müzakirə olunur.
İkardinin komandaya dönüşünün transfer və heyət planlamasına təsir göstərəcəyi bildirilir.
Klub rəhbərliyinin argentinalı futbolçunun vəziyyətini yaxından izlədiyi qeyd olunur.
İkardinin mümkün qayıdışı azarkeşlər arasında da böyük maraq doğurub. “Qalatasaray” azarkeşləri ulduz futbolçunun qayıdacağı ilə bağlı xəbərləri sevinclə qarşılayıblar.