FIFA “Fənərbaxça”ya tətbiq etdiyi üç transfer dönəmlik qadağanı aradan qaldırıb.

Metbuat.az xəbər verir ki, qərar Yussef En-Nesirinin transfer ödənişi ilə bağlı yaranan məsələnin həllindən sonra qəbul edilib. Klubdan verilən açıqlamada ödənişin həyata keçirildiyi və FIFA qarşısında prosedurların tamamlandığı bildirilib.

“Fənərbaxça”dan bildirilib ki, bununla əlaqədar kluba tətbiq olunan müvəqqəti transfer qadağası ləğv edilib. FIFA-nın rəsmi saytında daha əvvəl Türkiyə təmsilçisinə üç transfer dönəmi müddətinə qadağa tətbiq edildiyi açıqlanmışdı. Görülən ödənişdən sonra isə həmin məhdudiyyət qüvvədən düşüb.