Fransa millisinin baş məşqçisi Zinəddin Zidan 2006-cı il dünya çempionatının finalında Marko Materatsiyə başla zərbə vurması ilə bağlı illər sonra danışıb.
Metbuat.az xəbər verir ki, Zidan həmin hadisədən sonra Materatsi ilə əlaqə saxlamadığını bildirib. O, karyerasının son matçında baş verənlərdən qürur duymadığını, lakin buna görə peşman da olmadığını deyib.
Zidanın sözlərinə görə, həmin hadisə onun futbol karyerasının yalnız bir hissəsidir. Təcrübəli mütəxəssis karyerasında müsbət və xoş anların da olduğunu vurğulayıb. O, yaddaşında daha çox həmin gözəl məqamları saxlamağa üstünlük verdiyini bildirib.