ABŞ Orta Şərqə əlavə hərbi qüvvələr göndərməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, ABŞ rəsmilərinin yaydığı məlumata görə, bölgəyə “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi, ikinci Dəniz Piyadaları Diviziyası və 9-10 min əlavə hərbçi göndəriləcək.
Hazırda regionda iki ABŞ təyyarədaşıyan gəmisi və təxminən 50 min amerikalı hərbçi yerləşir. Yeni qüvvələrin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.
Məlumata görə, bu addım ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından sonra atılır. Tramp mümkün hücumların artırılmasının gündəmdə olduğunu bildirib.