ABŞ Maliyyə Nazirliyi cümə axşamı İrana iqtisadi təzyiqin gücləndirilməsi kampaniyası çərçivəsində A7 şəbəkəsinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, “ABŞ Maliyyə Nazirliyi A7 şəbəkəsinə qarşı presedentsiz tədbirlər görüb”, – nazirliyin yaydığı press-relizdə bildirilib.

Sənəddə A7 şəbəkəsi “Rusiya ilə əlaqələri olan” struktur kimi təqdim edilir. ABŞ tərəfinin iddiasına görə, Tehran bu şəbəkədən sanksiyalardan yayınmaq məqsədilə istifadə edir.

ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) A7-ni “əhəmiyyətli transmilli cinayət təşkilatı” hesab edərək SDN sanksiya siyahısına daxil edir.