MOktyabr ayında Günəş fəallığının artması ilə əlaqədar Yer kürəsində geomagnit aktivliyin yüksələcəyi proqnozlaşdırılır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ay ərzində bir neçə tarixdə maqnit qasırğaları və Günəş partlayışları müşahidə oluna bilər. Xüsusilə hava şəraitindəki dəyişikliklərə həssas insanların həmin günlərdə sağlamlıqlarına daha çox diqqət etmələri tövsiyə olunur. Proqnoza əsasən, 12–16 oktyabr tarixlərində güclü geomagnit qasırğası ehtimal edilir. Bu günlərdə meteohəssas şəxslərin qan təzyiqini nəzarətdə saxlaması, stressdən və həddindən artıq fiziki gərginlikdən uzaq durması məsləhət görülür.
22 oktyabrda orta səviyyəli Günəş partlayışlarının baş verə biləcəyi bildirilir. 28 oktyabrda isə zəif geomagnit aktivlik gözlənilir və bunun ümumi sağlamlıq üçün ciddi təhlükə yaratmayacağı qeyd olunur.
Mütəxəssislər xatırladır ki, uzunmüddətli kosmik hava proqnozları təxmini xarakter daşıyır. Günəşdə baş verən proseslər dinamik olduğundan proqnozlarda dəyişikliklər mümkündür.