Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo komandanın düşərgəsini tərk edib.
Metbuat.az Xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu Madriddəki şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Portuqaliya yığması oktyabrın 1-də UEFA Millətlər Liqasının A Liqasında Danimarka ilə qarşılaşacaq. Görüş Kopenhagendə yerləşən “Parken” stadionunda keçiriləcək.
Məlumata görə, Ronaldo bundan əvvəl komandanın məşqini də yarımçıq tərk edib. Bu hadisə futbolçu ilə məşqçi heyəti arasında fikir ayrılığı olması ilə bağlı ehtimallar yaradıb. Bununla belə, tərəflər arasında münaqişənin olmadığı bildirilir. Həmçinin açıqlanıb ki, Ronaldo Danimarka ilə qarşıdakı oyunda iştirak etməyəcək.