“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimenin zədəsi ilə bağlı yeni məlumat yayılıb. Nigeriyalı hücumçunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osimenin müalicə prosesi müsbət istiqamətdə davam edir. Son tibbi yoxlamalarda futbolçunun vəziyyətinin yaxşılaşdığı bildirilib.

27 yaşlı hücumçunun milli fasilədən sonra komanda ilə məşqlərə başlaması və “Kasımpaşa” ilə oyunda meydana çıxması gözlənilir. Qarşılaşmanın oktyabrın 9-da keçirilməsi planlaşdırılır.

Osimen “Başakşehir”lə matçda zədələndikdən sonra “Kocaelispor”, “Trabzonspor” və Çempionlar Liqasında “Sportinq”lə oyunları buraxıb. Zədəsi səbəbindən Nigeriya millisinin heyətindən də çıxarılıb.

Ulduz futbolçu bu mövsüm “Qalatasaray”ın heyətində 4 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.