Portuqaliya millisində Kriştiano Ronaldonun ayrılmasından sonra onun 7 nömrəli forması Rafael Leaoya verilib.
Metbuat.az xəbər verir ki, UEFA-nın açıqladığı heyət siyahısına əsasən, Leao Danimarka ilə oyunda 7 nömrəli forma ilə meydana çıxacaq. Qeyd edək ki, Kriştiano Ronaldo millinin düşərgəsini baş məşqçi Jorje Jesusun mətbuat konfransından sonra tərk edib. Jesus Ronaldonun Danimarka ilə matçda start heyətində olmayacağını açıqlamışdı. Ronaldo isə bundan sonra Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə söhbət etdikdən sonra düşərgədən ayrıldığını bildirib.
Ronaldo Norveçlə son oyunda da meydana çıxmayıb və bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.