“Barselona” növbəti yay “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holannı transfer etməkdə maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Barselona” futbolçunu transfer etmək üçün 130 milyon avroluq təklif edə bilər. “The Athletic”in məlumatına görə, Holannın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ildə yekunlaşır. Futbolçunun İspaniyada oynamağa razı olduğu iddia edilir. Bildirilir ki, Erlinq Holannın transfer məsələsinin müzakirə edilməsi “Mançester Siti” ilə bağlı maliyyə işi ilə bağlıdır. Qeyd edək ki, İngiltərə Premyer Liqasının açıqlamasına əsasən, müstəqil komissiya klubun 2009/10–2017/18 mövsümləri arasında maliyyə qaydalarını pozduğunu müəyyənləşdirib. İş üzrə klubun sponsorluq müqavilələrinin şərtlərini təhrif etməklə gəlirləri süni şəkildə artırdığı, maliyyə hesabatlarında yanlış məlumatlar təqdim etdiyi və Premyer Liqanın araşdırması ilə əməkdaşlıq öhdəliklərini pozduğu qənaətinə gəlinib.