Türkiyə Futbol Federasiyasında aparılan mərc araşdırmasından sonra bir neçə vəzifəli şəxs istefa verib.

Metbuat.az xəbər verir ki, federasiyanın idarə heyətinin üzvü Ural Aküzüm də daxil olmaqla, 4 nəfər vəzifəsindən ayrılıb. Türkiyə mətbuatının məlumatına görə, İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi federasiyada ehtiyat üzvlər Adem Doğrul, Seyman Gençtürk və Kazım Şengöçgel də istefa verənlər arasındadır. Bununla yanaşı, federasiyanın müxtəlif komitələrindən daha 9 nəfərin istefa ərizələrini təqdim etdiyi qeyd olunub.

Qeyd edək ki, mərc araşdırması çərçivəsində 448 nəfər intizam tədbirləri görülməsi üçün Peşəkar Futbol İntizam Şurasına göndərilib. Onların arasında mərc oynamaqda şübhəli bilinən futbol rəsmiləri və digər şəxslər də var.