Rusiya nüvə silahından istifadə etməyi planlaşdırmır.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Moskvada jurnalistlərin “Rusiya tərəfinin nüvə silahı mövzusuna tez-tez müraciət etməsi onun istifadəsi barədə düşündüyünü göstərirmi?” sualına Peskov “Xeyr” cavabını verib. O vurğulayıb ki, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını düşünən Avropa ölkələridir.

“Avropalılar Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını düşünür və bununla bağlı isteriyaya qapılırlar. Biz onları emosiyalardan uzaq durmağa və vəziyyətə obyektiv baxmağa çağırırıq”,- Peskov bildirib.