Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Metbuat.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.
Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.
20.12
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçirilən Azərbaycan – Lixtenşteyn matçında ikinci hissəyə start verilib.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada hesab hələlik açılmayıb – 0:0.
Komandalar ilk hissəni də qolsuz bərabərliklə başa vurublar.
Görüşün baş hakimi avstriyalı Kristian-Petru Çokirkadır.
Qeyd edək ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva 3 xalla liderdir, xal qazana bilməyən Lixtenşteyn isə sonuncu yerdədir.
20.06
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramkv adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.