Dünyada hind narı kimi tanınan və türklərin Qüdrət narı adlandırdığı nar sortu Göyçayda yetişdirilməkdə davam edir.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hind narı Azərbaycanda ilk dəfə Göyçay şəhərində mərhum bağban Rafiq Xəlilov tərəfindən yetişdirilib.

Hazırda atasının bağbanlıq işini yaşadaraq davam etdirən şəhər sakini, Natiq Xəlilov sözügedən bu narın tumlarını xüsusi qablarda cücərtdiyini, şitillərini torpağa əkərək çoxaltdığını və xüsusi üsulla qulluq edərək yeni məhsul əldə etdiyini qeyd edib. Hind narı adi narlardan çox fərqlənir. Qeyri-adi görünüşə, dada və rəngə malikdir. Əvvəl göy rəngdə olan nar sonra saralaraq yetişməyə başlayır.

Qeyd edək ki, hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən 3 dəfə böyükdür. Bağbanın sözlərinə görə, hind narı tez yetişir və oktyabra qədər onu saxlamaq mümkündür.