“Beşiktaş”ın kapitanı Orkun Kökçünün zədəsinə baxmayaraq Türkiyə millisinin düşərgəsinə qoşulması və İtaliya ilə matçda meydana çıxması diqqət çəkib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Orkun Kökçünün ayaq barmağındakı çat səbəbindən “Beşiktaş”ın bəzi oyunlarında iynə ilə meydana çıxdığı iddia olunub.
Məlumata görə, milli komandanın düşərgəsində futbolçuya iynə vurulmasına icazə verilməyib. Bu səbəbdən Orkunun İtaliya ilə qarşılaşmada ciddi ağrılar yaşadığı bildirilib.
Qeyd edək ki, Orkun Kökçü zədəsinə baxmayaraq Türkiyə millisinin heyətində yer alıb və sözügedən qarşılaşmada forma geyinib. Onun milli komandadan qayıtdıqdan sonra “Beşiktaş”ın düşərgəsinə qoşulacağı gözlənilir.
Digər tərəfdən, “Beşiktaş”ın futbolçusu Trossardın zədəsini sağaltdığı və milli komandadan qayıtdıqdan sonra "Kocaelispor"la matçda meydana çıxmasının planlaşdırıldığı qeyd olunub.