Qax Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.