Türkiyədə 4.8 maqnitudalı zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Adana vilayətinin Saimbeyli rayonunda baş verən yeraltı təkan ətraf ərazilərdə də hiss edilib.