Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.