Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirənlər arasında Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyev də var.
Metbuat.az İctimai TV-yə istinadla xəbər verir ki, hazırda C.Məmmədəliyev Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə zəruri tibbi yardım alır.
"O, üç ildir gəmidə mühərrik ustası kimi çalışırdı. İki aydır ki, gedib. İki ay ərzində hər bir şey normal idi, salamatçılıq idi. Rumıniyanın şəhərində idilər. Bizim məlumatımız olmayıb. Bu gün səhər öyrənmişik ki, gəmi vurulub, yaralılar var, ölənlər var. Özü ilə də danışmışıq. İndi hər şey normaldır, qaydasındadır. Uşaq zəng edib dedi ki, hər şey qaydasında, salamatçılıqdır. Şükürlər olsun".
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.