“Real Madrid”in paltardəyişmə otağında gərginliyin davam etdiyi bildirilir.

Metbuat.az xəbər verir ki, ötən mövsümdən başlayan narazılıqlar hələ də tam aradan qalxmayıb. İspaniyanın “Cadena SER” radiosunun məlumatına görə, klub prezidenti Florentino Peresin təcrübəli portuqaliyalı mütəxəssis Joze Mourinyonu komandaya gətirməklə vəziyyəti düzəltməyə çalışdığı, lakin gərginliyin davam etdiyi qeyd olunur.

Məlumata görə, bəzi futbolçuların Mourinyo ilə münasibətləri yaxşı deyil. Kilian Mbappe ətrafında yaranan müzakirələrin də komandadakı atmosferə təsir etdiyi bildirilir.

Qeyd edək ki, Fransa millisinin heyətində zədələnən Kilian Mbappenin müalicə müddətində tez-tez Parisə getməsi də müzakirələrə səbəb olub. Bununla belə, xəbərlərdə fransalı hücumçu ilə Mourinyo arasında ciddi qarşıdurmanın olmadığı vurğulanır.