Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Şəki-Qax yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.