“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Rövşən Süleymanzadə 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir.
Xatırladaq ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov ötən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.