Azərbaycanla Özbəkistan arasında imzalanmış turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiq edilib.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq fərmanlar imzalayıb.
Dövlət başçısının fərmanına əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.