Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətindəki son durum açıqlanıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Yeni Klinika"dan bildirilib.

Qeyd olunub ki, oktyabrın 18-də saat 13:40-da "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir:

"Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".