Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.
Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.