“Bakıda bu sammitə ev sahibliyi etməyimiz Azərbaycanın Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələr qurmağa sadiqliyini nümayiş etdirir”.
Metbuat.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində deyib.
O bildirib ki, Azərbaycan 2019-cu ildən PATA ilə əməkdaşlıq edir və region ölkələri ilə əlaqələrin genişləndirilməsi turizmin inkişafına yeni imkanlar açır.
“Bu sammit Azərbaycanın turizm potensialını nümayiş etdirmək və beynəlxalq alıcılarla yerli turizm nümayəndələri arasında işgüzar əlaqələr yaratmaq üçün dəyərli platformadır”, - deyə Fuad Nağıyev vurğulayıb.