Səhiyyə Nazirliyinin mətbuat xidmətində kadr dəyişikliyi ilə bağlı məlumat yayılıb.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə təyinat alıb.

Bildirilib ki, ona nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, F. İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib.

Xatırladaq ki, Anar Bayramov oktyabrın 19-da səhiyyə naziri təyin olunub. Ötən gün onun nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.