Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, ötən ay respublika üzrə pensiyaların ödənişi oktyabrın 20-də yekunlaşdırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar oktyabrın 14-də, Naxçıvan Muxtar Respublikası üzrə isə oktyabrın 7-də ödənilib.