Bakı, 13 iyun, AZƏRTAC
2015-ci il mayın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, verilmiş kreditlərin həcmi 2014-cü il mayın 1-i ilə müqayisədə 26,8 faiz artıb, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub.
Kreditlərin 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtı keçib.