Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak edən karateçilərimiz aktivinə daha bir medal yazdırdı.

ANS PRESS-in məlumatına görə, "Bakı Kristal Zalı"nda keçirilən final görüşündə "Karatenin Maradonası"nın rəqibi italyan Buşa Luici ilə qarşılaşıb.

Maraqlı və gərgin keçən görüş Rafael Ağayevin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Bununla Rafael Ağayev növbəti qızıl medalı qazanaraq Azərbaycan bayrağını zirvəyə qaldırıb.